17 yaşlı oğlana 4 bıçaq zərbəsi vurdular


Kriminal 12 Okt 2017 20:10:00 400 0

17 yaşlı oğlana 4 bıçaq zərbəsi vurdular

Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.