Bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib


Digərləri 12 Okt 2017 20:15:18 257 0

Bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib

Konsertdə əməkdar artistlər bəstəkarın mahnılarını ifa ediblər.

Bakı. Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib. Trend-in məlumatına görə, konsertdə əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev və başqaları bəstəkarın mahnılarını ifa ediblər. İfaçıları Fərhad Qarayusiflinin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib. Çıxış edənlər Pikə Axundovanın yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edib.