Bakıda “şortik” geyinənləri sevmirlər SORĞU


Digərləri 12 Okt 2017 19:47:00 312 0

Bakıda “şortik” geyinənləri sevmirlər  SORĞU

"ACT Azərbaycan" bu həftədən etibarən jurnalistlərin təklifləri əsasında tərtib olunmuş mövzulardan ibarət "Newsletter" layihəsini təqdim etməyə başlayır. Bu dalğanı əhatə edən sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində baş tutub.

Son.az xəbər verir ki, jurnalistləri maraqlandıran ilk suallardan biri də Bakı sakinlərinin şort geyinənlərə münasibətidir. Çünki şəhərdə qısa şortla gəzən əcnəbilərlə yanaşı, yerli sakinlərin də sayı ilbəil durmadan artır. Bu tip geyim tərzinə neytral yanaşanlarla bərabər, şort geyinənləri milli-mənəvi dəyərlərə hörmətsiz yanaşmaqda ittiham edənlər də az deyil. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə şort geyinən kişilərin ayaqlarına turşu atmağı belə məsləhət görüb. Sadə məsələnin qəliz həlli yolunu tapmaq üçün paytaxt sakinlərinin məsələyə münasibətini öyrəndik.

Rəyi öyrənilmiş paytaxt sakinlərinin, demək olar ki, yarısı (45 %) "şortik" geyinənlərə pis münasibət bəsləyir. Respondentlərin təqribən beşdə biri isə (17 %) bu tərz geyinənlərə müsbət baxdığını bildirir. 37 % şort istifadəçilərinə neytral yanaşdığını bildirir.

"Şortik" geyinənlərə müsbət baxmayanlar, əsasən, ahıl nəslin nümayəndələridir (55 və daha yuxarı yaş qrupu - 71 %). 18-24 yaş aralığında olan gənclərin beşdə biri isə bu tip geyinənlərə müsbət yanaşır (20 %).