Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək


Siyasət 12 Okt 2017 19:34:53 355 0

Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək

Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən "Report"a verilən xəbərə görə, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul oktyabrın 20-də saat 13.00-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyənlərdən DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının təhsil şöbələrində oktyabrın 13-dən 19-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan- 17.00-dək qeydiyyat aparılacaq.