“Kamp Nou” stadionunun adı dəyişə bilər


İdman 12 Okt 2017 19:11:00 372 0

“Kamp Nou” stadionunun adı dəyişə bilər

“Barcelona” “Kamp Nou” stadionunun adını dəyişə bilər.

Goal.az xəbər verir ki, bu haqda sport.es məlumat yayıb. Klubun stadionun adını almaq üçün sponsor axtarışında olduğu bildirilir. Əgər sponsor tapılarsa, 2018-ci ildən arenanın adı dəyişəcək. İddia edilir ki, klub rəhbərliyi arenanın adını 200 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, “Kamp Nou”dakı yenidənqurma işlərindən sonra tamaşaçı tutumunun 105 minə çatdırılacağı, stadiona dam örtüyünün qoyulacağı, yeni tablonun quraşdırılacağı və VİP lojanın genişləndiriləcəyi bildirilir.