Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)


Digərləri 12 Okt 2017 19:12:00 299 0

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  (FOTO)

Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Bakı. Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.