Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"


Şou-biznes 12 Okt 2017 19:00:00 338 0

Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"

Son.az "Space" telekanalının tanınmış aparıcısı Mikayıl Güləddinoğlunun lent.az-a müsahibəsini təqdim edir.

 - Aparıcılıq etdiyiniz verilişlər daim tənqid olunub. Səbəb nədir?

- O tənqid hər zaman olur. Əgər varsansa, tənqid də olunacaqsan. Hər zaman tərif olmaz ki... Hər halda bunlar ədəbi tənqidlərdi. Məsələn, bütün kütlə muğama, xalq mahnılarına qulaq asa bilməz. Hər kütlənin öz zövqü var. 6 ildir, el şənliklərinə gedirəm. Orada ən azı 300 adam olur. Ordakı hamıdan xoş sözlər eşidirəm. Bu, tək 1 gün üçün deyil. Hər zaman belədir. Ayın 20 günü toyda oluramsa, deməli, məni istəyirlər və dəvət edirlər. Məni bəyənməyənləri yalnız rəylərdə görmüşəm. Amma normal həyatda, reallıqda heç kim məni sevmədiyini deməyib. Amma istəyərdim ki, tənqidləri də eşidim.

 - Bəzi müğənnilərimiz qeyd edirlər ki, Mikayıl toyxananı efirə gətirdi...

- Bununla razılaşmıram. Məsələn, xalq artisti Mənsum İbrahimov və ölkəmizdə sayılıb-seçilən digər muğam ifaçıları mənim verilişimdə iştirak edib. Hər alda əsl sənətkarlar verilişimdə olub. Hər halda Mənsum İbrahimovun qiyməti mənim üçün ölçü vahididir. Ola bilər ki, mənim "Sevimli şou" verilişimdə bir az dinamik, oynaq mahnılar olurdu. Amma "Sevimli mahnı" verilişimdə Tofiq Quliyevin, Cahangir Cahangirovun bəstələri səslənir. Məsələn, mən ötən verilişi Fikrət Əmirovun "Qarabağ" əsəri ilə başlamışdım. O vaxt Seda Sayanın, İbrahim Tatlısəsin verilişləri var idi. Gəlib tamaşaçılarla oynayırdılar. Seda Sayanın indi elə bir verilişi var. Tamaşaçılarla yallı gedir. Bunun nəyi pisdi?

 - Bir çoxları iddia edir ki, tamaşaçıları pulla efirə gətirirsiniz...

- Yox, belə bir şey ola bilməz. Şübhəsi olan varsa, həftənin 1-ci günü, axşam saat 8-də "Space"in qabağında olsun. Ötən veriliş 20 nəfərə yaxın tamaşaçıya yer olmadı. Geri qayıdası oldular. Yəni onlar mənim tanıdığım adamlar və yaxud qohumlarım deyildi. Studiya yalnız 111 nəfərlikdir. Onların hamısı mənim qohumumdur? Ola bilməz.

 - Elə bir müğənni varmı kİ, efirə çağırmısınız, gəlməyib?

- Hamısı sevə-sevə gəlirlər. Elə bir müğənni olmayıb. Mənim verilişimdə xalq artistləri Könül Xasıyeva, Gülyanaq Məmmədova və digər xalq və əməkdar artistləri oxuyursa, deməli, layiq bilirlər. Burada qəbahətli nə var ki? Ola bilər ki, mənim qol-qanad qaldırıb oynamağım toyxana abu-havası yaradıb. Amma indiki verilişimə bunun aidiyyəti yoxdur. "Sevimli mahnı" verilişimə indi kimsə qəbahət tutursa, razı olmuram.

 - Mətbuatda belə bir xəbər dərc olunmuşdu ki, "Mikayılı toyda döydülər".

- Yox, bu günə qədər elə bir şey olmayıb. Özü də yazıblar, guya hadisə Ağcabədidə olub. Ağcabədinin Avşar kəndində bir ana əhd eləmişdi ki, oğlunun toyuna getsəm, ayağımın altında qurban kəsəcək. Bunu təkəbbür üçün demirəm. Olan bir şeydi.