Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit verir


Dünya 12 Okt 2017 18:47:51 347 0

Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit verir

Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə təqdim olunur

Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollar həcmində kredit verəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məsələ oktyabrın 12-də Ermənistan parlementində müzakirə ediləcək.

Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə verilir.

Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib. Cari ilin sonunadək bu kreditlə alınan silahların Ermənistana tədarükü başa çatacaq.