Liviya sentyabrda neft hasilatını artırsa da, hədəfə çatmaqda çətinlik çəkir


İqtisadiyyat 12 Okt 2017 18:31:10 315 0

Liviya sentyabrda neft hasilatını artırsa da, hədəfə çatmaqda çətinlik çəkir

Liviyanın neft sektoruna investisiya qoyulmalıdır

Liviyada neft hasilatı 1 mln. barel/günə yüksəlib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Liviya Milli neft korporasiyasının (NOC) rəhbəri Mustafa Sanalla tərəfindən verilib.

Sanalla bildirib ki, Liviyanın OPEC iclasında razılaşdırdığı 1,25 mln. barel/gün hədəfinə çatması isə çətin olacaq. Belə ki, "Əvvəlki kimi yetərsiz maliyyələşmə ilə bağlı çətinliklər qalmaqda davam edir", -deyə Sanalla sözlərinə əlavə edib.

Xatırladaq ki, aprel ayında Liviya 550 min barel/gün neft hasil edib. Tədricən hasilat artsa da, hər an problemlər yarana bilər. Sanallanın sözlərinə görə, şirkətin maliyyələşməsinin yalnız 25% dövlət tərəfindən həyata keçirilir. Bu da yeni investisiyalar üçün kifayət etmir. Liviyanın tam istehsal gücünün 1,6 mln. barel/gün olduğunu bildirən Sanalla bu səviyyəyə çatmaq üçün müəyyən vaxt tələb olunduğunu qeyd edib. O bildirib ki, hazırda ölkənin ən iri terminalı Es-Siderdə olan 19 neft çənindən 12-si işləmir, Ras-Lanufda isə anbarların yarısı yararsız hala düşüb.