TANAP üzrə sövdələşmə ilin sonunadək yekunlaşacaq


Digərləri 12 Okt 2017 18:31:40 266 0

TANAP üzrə sövdələşmə ilin sonunadək yekunlaşacaq

Müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır.

Bakı. Maksim Tsurkov - "SOCAR Turkey" ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq. Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır: "Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir".