"Kənan" ərindən boşanan qadını internetdə aldatdı


Dünya 12 Okt 2017 18:13:00 445 0

"Kənan" ərindən boşanan qadını internetdə aldatdı

Türkiyənin Bursa şəhərində bir bankda çalışan 39 yaşlı Şule N. internetdə tanış olduğu özünü Kənan Çələbi kimi təqdim edən saxta mayor tərəfindən aldadılıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Şule N. həm pulunu, həm də işini itirərkən fırıldaqçı olduğu məlum olan Fatih Ö. saxlanılaraq həbs edilib.

TƏFƏRRÜAT

22 ildir Bursada bir bankda çalışan Şule N. 6 il öncə ərindən boşanıb. Bir uşaq anası olan Şule N. keçən ilin dekabr ayında internetdə "söz oyunu" oynayarkən adının Kənan Çələbi olduğunu və Uludərədə mayor işlədiyini deyən bir kişi ilə tanış olub. İnternet vasitəsi ilə mayor geyimində şəklini də göndərən şübhəliylə mobil telefonu vasitəsi ilə zəngləşən Şule N. ona aşiq olub.


Xəbərə aid fotolar