ABŞ Azərbaycanı beynəlxalq terrorizmlə mübarizədə mühüm tərəfdaş hesab edir


Siyasət 12 Okt 2017 18:01:06 307 0

ABŞ Azərbaycanı beynəlxalq terrorizmlə mübarizədə mühüm tərəfdaş hesab edir

ABŞ Azərbaycanı beynəlxalq terrorizmlə mübarizədə mühüm tərəfdaş hesab edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirininin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper deyib.

Azərbaycanda işçi səfərdə olan L.Kuper bu gün müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevlə görüşüb.

Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində