SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə 2019-cu ildə başlamağı planlaşdırır
İqtisadiyyat 12 Okt 2017 17:46:58 422 0
Zaur Qəhrəmanov: "2023-cü ildə yeni kompleksi istifadəyə verməyi planlaşdırırıq"
"Report" xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün işlər plana uyğun davam etdirilir: "2018-ci ilin sonu-2019-cu ilin əvvəlinə konfiqurasiya bəlli olduqdan sonra, 2019-cu ildə artıq işləri başlayıb, 2023-cü ildə yeni kompleksi istifadəyə verməyi planlaşdırırıq".
Z.Qəhrəmanov əlavə edib ki, layihənin investisiyası ilə bağlı qərar gələn ilin sentyabr-oktyabr aylarında qəbul ediləcək. O, "Petkim" neft-kimya kompleksindən də danışaraq qeyd edib ki, bu il də rekord həddə göstərici əldə olunması gözlənilir: "Petkim" son iki ildə çox yaxşı işləyir. Bu il də rekord il olacağı gözlənilir".