Tarix İnstitutu xəritə qalmaqalı ilə bağlı bəyanat verdi


Digərləri 12 Okt 2017 17:42:50 408 0

Tarix İnstitutu xəritə qalmaqalı ilə bağlı bəyanat verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif "Ümumi tarix" dərsliyinin rusca versiyasında uydurma "Böyük Ermənistan" ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

Son.az xəbər verir ki, İnstitutdan APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma "Böyük Ermənistan"ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: "Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir.

Həqiqətən də, saxta "Böyük Ermənistan" xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdır. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan "Ancient.eu" adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib.