Avropa çempionatında iştirak edəcək ağırlıqqaldıranlarımız müəyyənləşib


İdman 12 Okt 2017 17:50:00 358 0

Avropa çempionatında iştirak edəcək ağırlıqqaldıranlarımız müəyyənləşib

15 oktyabrda Albaniyanın paytaxtı Tiranada 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Federasiyanın Mətbuat xidmətindən Goal.az-a verilən məlumata görə, bir həftəyədək davam edəcək yarışda 9 atlet mübarizə aparacaq.

Elnarə Abbasova (63 kq), Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn Rüstəmov (94 kq) U-20-nin heyətində yer alıblar. 23 yaşadək atletlərin yarışında isə Azərbaycanı Mərziyyə Məhərrəmova (48 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq) təmsil edəcəklər.

Qeyd edək ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.