"İndi yoldaşlığımız yoxdur"


Şou-biznes 12 Okt 2017 17:31:00 454 0

"İndi yoldaşlığımız yoxdur"

Aktyor Elməddin Cəfərov işbirliyinə son qoyduğu rejissor Ramin Hacıyevdən danışıb. 

Son.az axşam.az-a istinadın xəbər verir ki, aktyor "Kulis" verilişində Ramindən incidiyini etiraf edib. 

Elməddin bildirib ki, rejissor ona deməmiş gizlin "Xəzər" telekanalına işə düzəlib:

"Raminlə biz həm dost, həm də yoldaş idik. İndi yoldaşlığımız yoxdur, başqa şirkətdə çalışır. Getməyini gec bildim. Üç-dörd aydan sonra bildim ki, başqa şirkətlə müqavilə bağlayıb. Kaş mənə deyib gedərdi. Özüm ona dedim, boynuna aldı. Onun geri qayıtmasına mən razılıq versəm də, komanda istəməz. Çünki o, işi yarımçıq qoydu getdi.