Azərbaycanda beynəlxalq ətraf mühit sərgisi keçiriləcək


Digərləri 12 Okt 2017 17:38:54 280 0

Azərbaycanda beynəlxalq ətraf mühit sərgisi keçiriləcək

8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi noyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bakı. 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi noyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Trend-in məlumatına götə, sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “AREA”, “Azərsu”, “BP”, “GIZ”, “HAZARDOUS WASTES”, “Təmiz Şəhər”, “POLYMART”, “SOCAR POLYMER” və dünyanın bir çox digər şirkət və qurumları iştirak edir. Ümumilikdə, “Caspian Ecology 2017” təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər. Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.