Gədəbəy sakini müəmmalı şəkildə öldü


Digərləri 12 Okt 2017 17:24:00 328 0

Gədəbəy sakini müəmmalı şəkildə öldü

Gədəbəy rayon sakini naməlum səbəbdən dünyasını dəyişib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Slavyanka kənd sakini, 1988-ci il təvəllüdlü Cəlilov Malik Elbrus oğlu Gəncədə xəstəxanaya çatdırılan zaman vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Yaxınlarının bildirdiyinə görə, M.Cəlilov əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onu oradan Gəncədəki tibb müəssisələrindən birinə çatdırmaq istəsələr də, yolda vəfat edib.   Faktla bağlı araşdırma aparılır.