SOCAR bu il 5,6 mln. ton neft hasil edib


İqtisadiyyat 12 Okt 2017 17:12:15 364 0

SOCAR bu il 5,6 mln. ton neft hasil edib

Bunun 615,8 min tonu sentyabrın payına düşüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 579,3 min ton xam neft hasil edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bunun 615,8 min tonu sentyabrın payına düşüb.

Hesabat dövründə ümumilikdə Azərbaycan üzrə 28 820,8 min ton neft hasil olunub ki, onun da 3 219,6 min tonunu sentyabr ayının hasilatı təşkil edib.