IDEA İctimai Birliyi kreativ dizaynerlər üçün müsabiqə elan edir FOTO


Digərləri 12 Okt 2017 16:37:00 354 0

IDEA İctimai Birliyi kreativ dizaynerlər üçün müsabiqə elan edir  FOTO

Ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası, tullantıların azaldılması və səmərəli idarə olunması, davamlı inkişaf və s. sahələrdə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi istedadlı dizaynerlər üçün yeni müsabiqə elan edir.

Son.az bildirir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini ekoloji problemlərə yönəltmək və ətraf mühitin mühafizəsi naminə əhalinin ekoloji maarifləndirilməsini təşkil etməkdir.

Müsabiqədə iştirak etmək üçün istər peşəkar, istərsə də həvəskar dizaynerlər hazırladıqları ekoloji problemləri özündə əks etdirən maarifləndirmə xarakterli posterləri IDEA İctimai Birliyinin [email protected] elektron poçt ünvanına göndərməlidir.

Təqdim olunan elektron posterlər dizaynerin özünə aid olmalı, yalnız bu müsabiə üçün hazırlanmalı və heç yerdə nümayiş olunmamalıdır. İlkin mərhələdə posterlər pdf formatda, qalib seçiləcəyi təqdirdə isə qrafik formatlarda təqdim edilməlidir. Təqdim edilən elektron posterə maksimum 20 sözdən ibarət olan və ekoloji problemi təsvir edən mətn (azərbaycan və ya ingilis dillərində) əlavə oluna bilər.


Xəbərə aid fotolar