Milli Məclisin oktyabrda keçiriləcək sonuncu plenar iclasının tarixi məlum olub


Siyasət 12 Okt 2017 16:28:37 289 0

Milli Məclisin oktyabrda keçiriləcək sonuncu plenar iclasının tarixi məlum olub

İclasın gündəliyi yaxın günlərdə açıqlanacaq

Azərbaycan Milli Məclisinin oktyabr ayında keçiriləcək sonuncu plenar iclasının vaxtı açıqlanıb.

“Report”un xəbərinə görə, iclas oktyabrın 31-də baş tutacaq və bu ay keçiriləcək sayca üçüncü toplantı olacaq.

Plenar iclasın gündəliyi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriilib. Növbəti toplantı isə oktyabrın 20-də olacaq.