Daniel Karvaxal müalicəsini davam etdirir


İdman 12 Okt 2017 15:50:00 361 0

Daniel Karvaxal müalicəsini davam etdirir

"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal virus infeksiyasından sağalsa da, həkim nəzarətində qalır. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, onun perikardit riski qalmaqdadır. Perikard ürəyin yerləşdiyi kiçik kisəcikdir. O, ürəyi digər orqanlardan ayırır və fiziki yüklənmədən qoruyur.

Karvaxal xəstəxanada müalicəsini davam etdirir. Onun təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.