Azərbaycan Fransanın "Alstrom" şirkətindən 50 lokomotiv alacaq


İqtisadiyyat 12 Okt 2017 15:44:08 382 0

Azərbaycan Fransanın "Alstrom" şirkətindən 50 lokomotiv alacaq

Bunun 10-u sərnişin, 40-ı yük qatar lokomotividir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Fransanın "Alstom" şirkətindən ümumilikdə 50 ədəd lokomotiv alacaq. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017" adlı tədbirdə çıxış edən Cəmiyyətin sədr müavini İqbal Hüseynov bildirib.

"Ehtimal edirəm ki, lokomotivlər gələn il Azərbaycana çatdırılacaq", - deyə o, qeyd edib. 

Qeyd edək ki, Azərbaycan Fransadan 10 sərnişin, 40 yük qatarı lokomotivi alır. İlk sərnişin lokomotivi artıq Fransadan Azərbaycana yola salınıb. Onun dekabrda ölkəyə çatacağı gözlənilir.