Azərbaycanda bankın idarə heyətində DƏYİŞİKLİK


Digərləri 12 Okt 2017 15:45:00 296 0

Azərbaycanda bankın idarə heyətində DƏYİŞİKLİK

Bank VTB-nin (Azərbaycan) idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.

Son.az xəbər verir ki, Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın "Uralsib", "PromServisBank", "Bank Aleksandrovski" və digər banklarında rəhbər vəzifələrdə çalışıb.

2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.