İŞİDdən xilas edilən uşağın qohumundan


Kriminal 12 Okt 2017 15:49:00 383 0

İŞİDdən xilas edilən uşağın qohumundan

Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, 3 yaşlı Abdullanın atası Süleyman Abdullayev Bakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

Saytın əldə etdiyi digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdulayevanın dayısı Elçin Zeynalov əməkdaşımızla söhbətində qeyd etdiyimiz məlumatları təsdiqləyib.


Xəbərə aid fotolar