Ərdoğan: ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır


Digərləri 12 Okt 2017 15:43:00 247 0

Ərdoğan: ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır

"Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq".

Bakı. ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir, lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib: "Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq". ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır: "ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir".