ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir


Siyasət 12 Okt 2017 15:23:40 448 0

ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir

Bakıya səfəri zamanı o, rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək

ABŞ müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakıya səfəri zamanı L.Kuper rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, eləcə də onların inkişaf perspektivləri müzakirə olunacaq.