Adriano karyerasını bərpa etmək istəyir


İdman 12 Okt 2017 15:11:00 370 0

Adriano karyerasını bərpa etmək istəyir

Braziliya millisinin keçmiş futbolçu Adriano yenidən futbol oynamaq istədiyini açıqlayıb. Goal.az xəbər verir ki,  Adriano bu barədə deyib:

“Özümü yeni bir layihə üçün hazırlayıram, qarşımıza gələn aylarda klubsuz olaraq məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm. Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

35 yaşlı futbolçu İtaliyada "Parma", “İnter”və “Roma” klublarında çıxış edib. Braziliya millisinin formasını isə 50 dəfə geyinib və 29 qola imza atıb.