Azərbaycana gələn turistlərə endirim kartları veriləcək


Digərləri 12 Okt 2017 15:00:00 343 0

Azərbaycana gələn turistlərə endirim kartları veriləcək

Gələn il keçirilməsi nəzərdə tutulan III Bakı Şopinq Festivalı çərçivəsində turistlərə xüsusi endirim kartları təqdim oluna bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycana gələn turistlər bu kartların köməyi ilə ticarət mərkəzlərində xüsusi endirimlər əldə edəcəklər: "Hazırda bu ideya üzərində işləyirik. Məsələni diqqətlə öyrənmək və həmin kartlar üzrə mümkün dövriyyəni təhlil etmək lazımdır".

Ə.Qarayevin sözlərinə görə, 3-cü festivalda daha bir yenilik isə festivalın sponsoru qismində ilk dəfə Azərbaycan bankının çıxış etməsi olacaq: "Biz artıq "Azər Türk Bak"la həmin məsələ üzrə razılıq əldə etmişik".