Bank VTB-nin (Azərbaycan) idarə heyətinə yeni təyinat olub


Digərləri 12 Okt 2017 15:07:00 294 0

Bank VTB-nin (Azərbaycan) idarə heyətinə yeni təyinat olub

Bank VTB-nin (Azərbaycan) idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.

Bakı. Bank VTB-nin (Azərbaycan) idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub. Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb. 2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.