Rusiya Azərbaycan, Ermənistan və Belarusdan idxal olunan mallara nəzarəti gücləndirəcək


İqtisadiyyat 12 Okt 2017 14:38:16 358 0

Rusiya Azərbaycan, Ermənistan və Belarusdan idxal olunan mallara nəzarəti gücləndirəcək

Qərar əsasən pomidor idxalına şamil olunacaq

Rusiyanın kənd təsərrüfatı mallarına nəzarət edən orqanı - "Rosselxoznadzor" Azərbaycan, Ermənistan və Belarusdan meyvə-tərəvəz, xüsuslilə də pomidorların idxalına nəzarəti gücləndirəcək. "Report" "RİA Nosvosti" agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi bu ölkələrdən qadağan olunan məhsulların ixrac edilməsi hallarının artması amili göstərilib.

"Rosselxoznadzor" bildirib ki, adı çəkilən ölkələrdən qadağan olunan məhsulların idxal edilərək sanki bu ölkələrdə istehsal olunmuş kimi göstərilməsi halları artıb. "Qadağan olunan məhsulların Rusiya ərazisinə keçirilməsi faktlarının qarşısının alınması üçün "Rosselxoznadzor" malların qablaşdırılması zamanı istehsalçının dəqiq adresinin göstərilməsini tələb edir. Əks halda, mallar mənbəyi aydınlaşdırılana qədər saxlanılacaq", - deyə məlumatda bildirilir.

Rusiya tərəfi dəfələrlə Türkiyədə istehsal olunan pomidorların qeyri-leqal olaraq Azərbaycan, Ermənistan və Belarusdan ölkəsinə təkrar ixrac olunması faktları ilə qarşılaşdığını bildirib. Qeyd edək ki, Rusiya 2016-ci il yanvarın 1-dən Türkiyə pomidorlarının ölkəyə idxalına qadağa qoyub.