BDU-da oxuyan qızların mobil telefonları oğurlanıb


Sosial 12 Okt 2017 14:46:07 384 0

BDU-da oxuyan qızların mobil telefonları oğurlanıb

Hadisə universitetin yaxınlığında baş verib

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.

Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, "Samsung" və "İphone -7" markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.