Taşçı "Spartak"ın ilk təklifini qəbul etməyib


İdman 12 Okt 2017 14:37:00 356 0

Taşçı "Spartak"ın ilk təklifini qəbul etməyib

"Spartak"ın müdafiəçisi Serdar Taşçı sentyabrda təklif olunan yeni müqaviləyə imza atmayıb. Goal.az xəbər verir ki, almaniyalı futbolçu klubda qalmağın əleyhinə deyil. O, daha əlverişli şərtlərlə müqavilə gözləyir. Tərəflər danışıqlara qayıda bilər.

Taşçının "Spartak"la müqaviləsi 2018-ci ilin yayında başa çatır. O, yanvardan etibarən başqa klublarla danışıqlar aparmaq hüququna malik olacaq.