Zoologiya Mərkəzində Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, 50-dən artıq bala alınıb


Sosial 12 Okt 2017 14:18:44 357 0

Zoologiya Mərkəzində Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, 50-dən artıq bala alınıb

​AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlərin çoxaldılması istiqamətində uğurlu nəticələr əldə olunub

AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlər süni şəraitdə çoxaldılır. 

AMEA-dan "Report"a verilən məlumata görə, tətbiqi Zoologiya Mərkəzində institutun elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda bəzi nadir quşların (adi qırqovul, yaşıl qırqovul, qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusunda araşdırmalar aparılır.

Bu il icraçılar tərəfindən Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, optimal rejim müəyyənləşdirilib və 50-dən artıq bala alınıb.