"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür"


Siyasət 12 Okt 2017 14:14:00 319 0

"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür"

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür.

Son.az report-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

"Paqon daşımağıma baxmayaraq, münaqişələrin həllinin yalnız sülh yolu ilə mümkün olduğuna əminəm. Belə addımlar müxtəlif strukturlarının birgə fəaliyyətləri təqdirində mümkündür", - A.Sidorov bildirib. 

O, Rusiya silahlarının Azərbaycana satılmasına da toxunub: "Rəsmi Bakı belə satınalmalarda maraqlı olduqdan sonra mütləq hardansa tapıb alacaq: "Belə bir deyim var: müqəddəs yer heç vaxt boş qalmır. Belə başa düşürəm ki, əsas vəzifə balansı saxlamaq və ya münaqişənin yekun həllinə nail olmaqdır. Bu baxımdan Rusiya silahlarının Azərbaycana satılmasının öz müsbət tərəfləri də var".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində