Ramin Hacılıya hökm oxundu


Digərləri 12 Okt 2017 14:16:00 193 0

Ramin Hacılıya hökm oxundu

Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, məhkəmədə hökm elan edilib.   Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.   Digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.   Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.   İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.   Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.   Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.   O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adından ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.   Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.   İstintaq müddətində Ramin Hacılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.   Qeyd edək ki, hökm bir müddət əvvəl elan edilib.

“Antarktidada Azərbaycan böyüklükdə dəlik” like
  • 12 Okt 14:15  
Digərləri “Antarktidada Azərbaycan böyüklükdə dəlik”

Dünyaca məşhur "Sputnik" xəbər agentliyinin türkcə bölməsi An

arrow Ətraflı
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür" like
  • 12 Okt 14:14  
Siyasət "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür"

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür.

arrow Ətraflı
Aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlandı  VİDEO  FOTO like
  • 12 Okt 14:09  
Digərləri Aldığı mənzilə görə ödəniş etmək istəyən qadının pulu oğurlandı VİDEO FOTO

Xırdalan şəhərində aldığı mənzilə görə ödəniş etmək istəyən qa

arrow Ətraflı
II Bakı Ticarət Festivalına supermarket və apteklər də qoşulacaq like
  • 12 Okt 14:05  
Digərləri II Bakı Ticarət Festivalına supermarket və apteklər də qoşulacaq

II Bakı Ticarət Festivalında iştirak etmək üçün qeydiyyatdan 578 şirkə

arrow Ətraflı
Mahmud Abbas son 10 ildə ilk dəfə Qəzzaya gedəcək like
  • 12 Okt 14:05  
Dünya Mahmud Abbas son 10 ildə ilk dəfə Qəzzaya gedəcək

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas ay ərzində Qəzza sektoruna ge

arrow Ətraflı
Rusiyada kütləvi zəhərlənmə - Məktəb yeməkxanasında like
  • 12 Okt 14:01  
Digərləri Rusiyada kütləvi zəhərlənmə - Məktəb yeməkxanasında

Rusiyanın Maqadan vilayətində uşaqların məktəb yeməkxanasında zəhərl

arrow Ətraflı
8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin keçiriləcəyi tarix açıqlanıb like
  • 12 Okt 14:00  
Sosial 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm

arrow Ətraflı
Sabiq futbolçu ölkəsinin prezidenti seçildi like
  • 12 Okt 14:00  
İdman Sabiq futbolçu ölkəsinin prezidenti seçildi

1995-ci ildə "Qızıl top"a sahib çıxan Corc Vea Liberiya prezidenti se

arrow Ətraflı
SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək - ƏLAVƏ OLUNUB like
  • 12 Okt 13:57  
İqtisadiyyat SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək - ƏLAVƏ OLUNUB

Ədnan Əhmədzadə: "SOCAR gələcəkdə Bakı-Novorossiysk kəmərinin istisma

arrow Ətraflı
Azərbaycan Akkreditasiya Mərkəzinin üzvlüyü məsələsinə baxılacaq   FOTO like
  • 12 Okt 13:55  
Siyasət Azərbaycan Akkreditasiya Mərkəzinin üzvlüyü məsələsinə baxılacaq FOTO

Noyabr ayında Berlində keçiriləcək Avropa Akkreditasiya Təşkilatının (E

arrow Ətraflı