Sabiq futbolçu ölkəsinin prezidenti seçildi


İdman 12 Okt 2017 14:00:00 346 0

Sabiq futbolçu ölkəsinin prezidenti seçildi

1995-ci ildə "Qızıl top"a sahib çıxan Corc Vea Liberiya prezidenti seçilib. Goal.az xəbər verir ki, seçkilər oktyabrın 10-da keçirilib. Səsvermə nəticələrinə əsasən 51 yaşlı Vea ölkənin hazırki vitse- prezidenti Cozef Bokanı qabaqlayıb. Liberiyanın dövlət başçısı Elen Conson-Serlif postunu yaxın keçmişin məşhur futbolçusuna təhvil verməli olacaq.

Vea 2005-ci ildə artıq 1 dəfə prezidentliyə namizəd olmuşdu. Birinci turda 28% səs toplayan Corc daha sonra Elen Conson-Serlifə uduzmuşdu. Serlif Afrika qitəsində ilk qadın prezident seçilmişdi. Vea daha çox "Milan"dakı oyunu ilə azarkeşlərə tanışdır.