Adnan Əhmədzadə: "SOCAR "Petkim" zavodunu 10 mln. ton xam neftlə təchiz etməyi öz üzərinə götürüb"


İqtisadiyyat 12 Okt 2017 13:36:03 472 0

Adnan Əhmədzadə: "SOCAR "Petkim" zavodunu 10 mln. ton xam neftlə təchiz etməyi öz üzərinə götürüb"

Türkiyədə tikilən "Petkim" neft emalı zavodu üçün "neft səbəti" həm ağır, həm də yüngül sort neftdən ibarət olacaq

Türkiyədə tikilən "Petkim" zavodu üçün "neft səbəti" həm ağır, həm də yüngül sort neftdən ibarət olacaq.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəhbəri Ədnan Əhmədzadə SOCAR-ın Türkiyədə tikilməkdə olan "Petkim" neft emalı zavodunun xammal ilə təchizatı məsələsini şərh edərkən bildirib.

"SOCAR müqavilə bağlayıb və üzərinə öhdəlik götürüb. Layihə üçün kredit ayıran bütün maliyyə və bank institutları qarşısındakı öhdəliklərə əsasən, SOCAR bu zavoda 10 mln. ton xam neft tədarük etməyi öz üzərinə götürüb", - deyə Ə.Əhmədzadə vurğulayıb.

Onun sözlərinə görə, "neft səbəti" kifayət qədər geniş olacaq: həm ağır, həm də yüngül sort neft tədarükü planlaşdırılır.