Bozdağ: Türkiyənin təhlükəsizliyini hərbi yolla təmin etmək hüququ var


Digərləri 12 Okt 2017 13:29:03 239 0

Bozdağ: Türkiyənin təhlükəsizliyini hərbi yolla təmin etmək hüququ var

Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın İdlib şəhərində hərbi əməliyyat hüququna malikdir.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın İdlib şəhərində hərbi əməliyyat hüququna malikdir. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavin Bəkir Bozdağ deyib. Baş nazir müavininin sözlərinə görə, İdlibdə hərbi əməliyyat beynəlxalq hüquqa zidd deyil. B.Bozdağ qeyd edib: "Terrorçuların Afrin və Suriyanın digər şəhərlərində toplaşması Türkiyə üçün ciddi təhlükə yaradır". O əlavə edib ki, Türkiyə yaxın zamanlarda təhlükəsizliyin təmin edilməsi istiqmətində atacağı addımları müəyyən edəcək.