Beynəlxalq Bankın daha bir sabiq əməkdaşının məhkəməsi başladı


Kriminal 12 Okt 2017 13:10:00 363 0

Beynəlxalq Bankın daha bir sabiq əməkdaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən sabiq əməkdaşı Elnur Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, 1985-ci il təvəllüdlü E.Nağıyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarından birində aparıcı mütəxəssis vəzifəsində çalışarkən vəzifə saxtakarlığı edib. O, vəzifəsindən istifadə edərək, 19 min manat mənimsəyib. 

E.Nağıyev ittihamla özünü təqsirli bildiyini söyləyib. Məhkəmədə məlum olub ki, sabiq bankir dəymiş zərəri ödəyib.