"Aleksis PSG-ni seçsə, lap yaxşı olar"


İdman 12 Okt 2017 12:05:00 378 0

"Aleksis PSG-ni seçsə, lap yaxşı olar"

PSG-nin müdafiəçisi Dani Alves Aleksis Sançezi komanda yoldaşı kimi görmək istədiyini gizlətməyib. Goal.az xəbər verir ki, braziliyalı futbolçu bunları deyib:

"Onun Parisə gəlmə ehtimalı var. Amma Aleksis bir sıra klublar üçün arzuolunan transfer hədəfidir. Sançezə hər zaman böyük qiymət vermişəm. Hara getməsindən asılı olmayaraq ona yaxşı karyera arzulayıram. Lakin PSG-ni seçsə, lap yaxşı olar".

Ötən yay Paris klubu çilili ulduzu transfer etmək istəsə də, Neymarın heyətə cəlb edilməsi aleksis məsələsini təxirə salmışdı. PSG ona illik 10 milyon avro məvacib ödəməyə hazır idi.