İndoneziyada vulkan püskürüb - VİDEO


Dünya 12 Okt 2017 11:41:22 312 0

İndoneziyada vulkan püskürüb - VİDEO

Püskürmə nəticəsində ölən və xəsarət alan olmayıb

İndoneziyanın Sumatra adasında oktyabrın 12-də Sinabunq vulkanı püskürüb.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Bürosu (BNPB) yayıb. 

Vulkana yaxın ərazidə yaşayan əhali təxliyyə olunub. Püskürmə nəticəsində ölən və xəsarət alan olmayıb. 

Qeyd edək ki, Sinabunq vulkanı dəniz səviyyəsindən 2460 metr hündürlükdə yerləşir. Vulkan təxminən 400 illik fasilədən sonra 2010-cu ildə oyanıb.