BANM-in 5 tələbəsi təhsillərini Yunanıstanda davam etdirəcək


Sosial 12 Okt 2017 11:32:57 337 0

BANM-in 5 tələbəsi təhsillərini Yunanıstanda davam etdirəcək

Onlar Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 5 tələbə təhsillərini Yunanıstanda davam etdirəcək.

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib. 

“Erasmus+” tələbə mübadiləsi proqramları çərçivəsində sözü gedən ixtisasın AM-14.1 qrup tələbələri arasında keçirilən müsahibə, tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyəti göstəricilərinə görə, 5 tələbə - Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə ediblər.

Bu, tələbələrin həm təhsillərinin, həm də öz dünyagörüşlərinin daha da təkmilləşməsinə, o cümlədən Azərbaycanla Yunanıstan arasında mövcud əməkdaşlığın elm və təhsil sahəsində daha da möhkəmlənməsinə xidmət edəcək.