Məhkəmə "Celtic" azarkeşinə hökm oxudu


İdman 12 Okt 2017 11:30:00 330 0

Məhkəmə "Celtic" azarkeşinə hökm oxudu

Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Celtic" - PSG (0:5) oyununda meydana qaçaraq Kilian Mbappeni vurmağa çalışan şotland azarkeş barədə qərar çıxarılıb. Goal.az xəbər verir ki, Con Hatton adlı "Celtic" tərəfdarına 4 il müddətinə Britaniya stadionlarına giriş qadağası qoyulub. Ötən gün məhkəmə qarşısına çıxan 21 yaşlı Hattona 160 saat ictimai işlərlə çəşğul olmaq cəzası da kəsilib.