Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək


Siyasət 12 Okt 2017 11:25:39 336 0

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Səfər zamanı Azərbaycan qazının Bolqarıstana tədarükü məsələsi müzakirə olunacaq

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.

"Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.

R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.