Bakının mərkəzində avtomobil 3 qızı vurdu


Digərləri 12 Okt 2017 11:11:01 286 0

Bakının mərkəzində avtomobil 3 qızı vurdu

Bakıda 3 piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində "Nissan" markalı, 99 CF 186 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 3 qızı vurub.

Müxtəlif dərəcli xəsarət alan 22-23 yaşlı qızlar xəstəxanaya aparılıb.