"Roma"da itki


İdman 12 Okt 2017 10:46:00 346 0

"Roma"da itki

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Roma” klubu daha bir futbolçusunu itirib.

Goal.az xəbər verir ki, hücumçu Stefan Əl Şaraavi də sıradan çıxıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçirdikləri oyunda zədələnib. Vəziyyəti ağır olmasa da, İtaliya milli komandasının forvardı qarşıdakı 1-2 həftə ərzində istirahət etməlidi.

“Roma”da Əl Şaraavidən başqa Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.