Bakı Beynəlxalq Neft Sammiti işə başladı


Digərləri 12 Okt 2017 10:40:00 241 0

Bakı Beynəlxalq Neft Sammiti işə başladı

Bakıda Beynəlxalq Neft Sammiti öz işinə başlayıb.

Bakı. Maksim Tsurkov - Bakıda Beynəlxalq Neft Sammiti öz işinə başlayıb. Trend-in məlumatına görə, sammit Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Argus” Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib. Tədbirin açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı tədarükçüsü kimi tanınır. İki gün davam edəcək sammitin sessiyalarında "Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, "Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və digər mövzularda müzakirələr aparılacaq.