Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb


Siyasət 12 Okt 2017 10:25:13 403 0

Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb

Toplantıdan əvvəl Tacikistan prezidenti İmomali Rahmon nazirlələri qəbul edib

 Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb.

“Report” Tacikistan KİV-inə istinadən xəbər verir ki, nazirlər toplantıdan əvvəl Tacikistan prezidenti İmomali Rahmonla görüşüblər. 

İ.Rahmon deyib ki, 25 il ərzində MDB məkanında sabitlik şəraitində çoxtərəfli əməkdaşlıq inkişaf edib və təhlükəsizlik təmin olunub. Dövlət başçısı bütün bunlara görə müdafiə nazirlərinə təşəkkürünü bildirib.

Məlumata görə, nazirlər iclasda hazırki şəraitdə birliyə üzv olan dövlətlərdə təhlükəsizliyin təmin olunması, Əfqanıstanda və bu ölkə ilə sərhəddəki vəziyyəti, terrorçuluğa qarşı mübarizə, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iclasda iştira edir.

Xatırladaq ki, Tacikistan 2018-ci ildə MDB-yə sədrlik edəcək.