"Araz"ın ikinci sınağı


Digərləri 12 Okt 2017 10:11:00 360 0

"Araz"ın ikinci sınağı

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan “Araz” bu gün ikinci oyununu keçirəcək.

Bakı. Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan “Araz” bu gün ikinci oyununu keçirəcək. Trend-in məlumatına görə, təmsilçimiz Maltanın “St Andreus” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Xatırladaq ki, futzalçılarımız ötən gün Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşıb. Oyun 5:2 hesabı ilə "Araz"ın xeyrinə başa çatıb. Maykon da Silvanın dubl etdiyi oyunda “Araz”ın digər qollarını Teles Thaqo, Xətai Bağırov və İsa Atayev vurub.